Ədliyyə Nazirliyində yanğın baş verib

Bu gün səhər 11 radələrində Ədliyyə Nazirliyinin inzibati binasında 12 kv.m sahəli otaqda qısa qapanma nəticəsində yanğın hadisəsi baş vermişdir. Nazirlikdə quraşdırılmış yanğın siqnalizasiya sistemi dərhal işə düşmüş, daxili yanğından mühafizə avadanlığı istifadə olunmaqla yanğın təxirəsalınmadan söndürülmüşdür.
Eyni zamanda, FHN-nin Dövlət Yangından Mühafizə Xidməti dərhal hadisə yerinə gəlmişdir.
Xəsarət alan yoxdur, sənədlərə və avadanlığa ziyan dəyməmişdir. Hadisənin nazirliyin iş agənginə heç bir təsiri olmamışdır.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *