Ağac kəsən şəxs cəzalanıb

Ağac kəsən şəxs cəzalanıb

Abşeron rayonu, Novxanı kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. Bunu Xidmətin rəis müavini Ramal Bağırov bildirib.

O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı Kərim Kərimov küçəsində 10 sərv ağacının kəsildiyi, 5 sərv ağacının isə budandığı məlum olub.

Araşdırma zamanı ağacların kənd sakini Solmaz Fətəliyevanın göstərişi ilə kəsildiyi və təbiətə 1960 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Abşeron rayon Prokurorluğuna göndərilib”.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *