Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri “Multikultural dünyada İslam” adlı X Beynəlxalq Forumda iştirak ediblər

Press-reliz

Bakı şəhəri                                             28 dekabr 2020-ci il

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimləri “Multikultural dünyada İslam” mövzusunda təşkil olunan X Beynəlxalq Forumda iştirak ediblər.

X Beynəlxalq Forum “ZOOM” proqramı üzərindən onlayn formada keçirilib.

 İslam Mədəniyyəti, Elm və Təhsilə Dəstək Fondu, Kazan Federal Universiteti, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, Tatarıstan Elmlər Akademiyası, Bolqar İslam Akademiyası, Rusiya İslam İnstitutu, Moskva İslam İnstitutu, Rusiya Federasiyasının Müsəlmanları Ruhani İdarəsi və Tatarıstan Respublikası Müsəlmanları Ruhani İdarəsinin birgə təşkilatçılığı ilə keçirilmiş forumda din və mədəniyyət olaraq İslamın Rusiyada, eləcə də dünyada roluna dair yüzdən çox məruzə dinlənilib.

Aİİ İlahiyyat fakültəsinin dekanı, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova forumda “Şimali Qafqazda Cədidizm dövründə yazılmış bir Məqtəli-Hüseyn nümunəsi haqqında bəzi qeydlər” mövzusunda məruzə ilə çıxış edib.

Forumda, həmçinin Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov “Birgəyaşayışın fəlsəfi və dini aspektdən təhlili və Azərbaycan birgəyaşayış nümunəsi kimi” mövzusunda məruzə ilə çıxış edib.

Tədbir dünyanın müxtəlif ali təhsil müəssisələri və təşkilatlarından olan alimlərin çıxışları ilə davam edib.

Məlumat üçün bildirək ki, Beynəlxalq Forumun əsas məqsədi dünyada islami məsələlərlə məşğul olan mütəxəssislərin elmi nailiyyətləri barədə məlumat mübadiləsi aparmaq, bu sahədə fəaliyyət göstərən mütəxəssislər qarşısında duran vəzifələrin əlaqələndirilməsidir.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *