“ASAN Könüllüləri” Təşkilatına yeni sədr seçilib

“ASAN Könüllüləri” Təşkilatının növbəti hesabat-seçki qurultayı keçirilib. Tədbir COVID-19 pandemiyası şəraitinə uyğun olaraq video- konfrans formatında təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti istiqamətində könüllülük fəaliyyətinə verilən önəmin əhəmiyyətindən bəhs edib. Həmçinin diqqətə çatdırılıb ki, “ASAN Könüllüləri” Təşkilatı tərəfindən gənclərin fərdi inkişafı, idarəetmə, hərbi vətənpərvərlik və s. mövzularda əhəmiyyətli layihələr reallaşdırılıb, onların müxtəlif sahələrdə təşəbbüslərinə daimi dəstək göstərilib.

“ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova könüllərlə iş sahəsində görülmüş tədbirlərə, təşkilat tərəfindən reallaşdırılmış layihələrə dair hesabat məruzəsi edib.

Sonra qurultayın gündəliyinə uyğun olaraq “ASAN Könüllüləri” Təşkilatının yeni sədrinin seçilməsi məsələsinə baxılıb. Təşkilatın İdarə heyətinin yekdil qərarı ilə Emiliya Bayramova yeni sədr seçilib.

Göstərilən yüksək etimada görə Təşkilat üzvlərinə təşəkkürünü bildirən Emiliya Bayramova layihələr və gələcək hədəflər istiqamətində səylə çalışacağını bildirilib. Həmçinin ifadə olunub ki, daha böyük uğurlara imza atılması üçün bundan sonra da gənclərin, könüllülərin ideya və təşəbbüslərinə dəstək göstəriləcəkdir.

19 dekabr 2013-cü il tarixində təsis olunmuş “ASAN Könüllüləri” Təşkilatının əsas missiyası könüllülərin inkişafına şərait yaratmaqla dövlətimizin dayanıqlı inkşafı üçün çalışan, cəmiyyətə faydalı gənc vətəndaşlar qazandırmaqdır. Təşkilat tərəfindən bu günə qədər müxtəlif istiqamətlərdə 60 000-ə yaxın gənci əhatə edən 500-dən çox layihə reallaşdırılıb.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *