“Azərbaycan əsgəri, səninləyik” aksiyası təşkil olunub

“Azərbaycan əsgəri, səninləyik” aksiyası təşkil olunub

“ASAN xidmət”in təşəbbüsü ilə 18 avqust — sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü münasibəti ilə “Azərbaycan əsgəri, səninləyik” sosial aksiyası təşkil olunub.

Sosial aksiya çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasında hərbi qulluqçulara sovqatlar təqdim olunub.

Həmçinin hərbi qulluqçulara «ASAN Könüllüləri» Təşkilatının “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən ünvanlanmış məktublar çatdırılıb. Eyni zamanda orada xüsusi “Əsgərə məktub” guşəsi yaradılıb və əsgərlər tərəfindən Silahlı Qüvvələrin digər bölmələrinə məktublar ünvanlanıb.

Tədbirin məqsədi Azərbaycan əsgərinə, o cümlədən sərhəd qoruyucularına daimi dəstəyi nümayiş etdirmək olub.

Aksiya “Azərsun Holdinq”in dəstəyi ilə həyata keçirilib.

“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində şanlı Aprel döyüşlərində olduğu kimi hazırki vəziyyətdə də xalqımızın birliyini simvolizə edən bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılır.

ASAN könüllüləri bu təşəbbüsün ölkəmizin qazanacağı böyük qələbəyə kiçik töhfə olacağına inanırlar.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *