Azərbaycan millisi Lüksemburqa uduzdu

Futbol üzrə Azərbaycan millisi tarixində ilk dəfə olaraq Lüksemburqa məğlub olub.

Azmilli.com xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Bakı Olimpiya Stadionunda Lüksemburqu qəbul edib. Tarixində ilk dəfə cırtdan ölkə təmsilçisinə 1:2 hesabı ilə uduzub.

Beləliklə, 64 yaşlı italiyalı mütəxəssis millimizdə ilk sınağına məğlubiyyətlə başlayıb.

Qeyd edək ki, Azərbaycan yığması 3 gün sonra Millətlər Liqasında Kiprin qonağı olacaq.

UEFA Millətlər Liqası

C Liqası, I qrup

5 sentyabr

20:00. Azərbaycan — Lüksemburq — 1:2
Qollar: Ramil Şeydayev, 43 (1:0), Anton Krivotsyuk, 48-avtoqol (1:1),Gerson Rodriges, 72-pen(1:2)
Qırmızı vərəqə: Mahir Emreli, 26 — birbaşa qırmızı vərəqə (Azərbaycan)
Hakimlər: Kris Kavana, Daniel Riçard Kuk, Sian Massey, Pol Tirni
Bakı Olimpiya Stadionu

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *