Azərbaycan Milli Olimpiya Komitəsi beynəlxalq təlimlərə start verir


Azərbaycan Milli Olimpiya Komitəsi 2017-ci ildən etibarən Beynəlxalq
Olimpiya Komitəsinin (BOK) İdman İnzibatçılığı Kurslarını (Sport
Administration) həyata keçirdir. Artıq 200-ə yaxın iştirakçının qatıldığı
təlimləri Beynəlxalq Olimpiya Komitəsinin sertifikatlaşdırdığı,Azərbaycan
üzrə təsdiq olunmuş 4 nəfər milli kurs direktoru aparır.
İdman İnzibatçılığı Kursları idman təşkilatlarının daha effektiv idarə
olunması üçün zəruri bilikləri, idman dəyərlərini və prinsiplərini, Olimpiya
Hərəkatının əldə etdiyi nailiyyətləri öyrənmək üçün yaxşı imkanlar təqdim
edir. Kursun əsas məqsədi idmana həvəsi olan müxtəlif yaş kateqoriyasına
aid insanlar arasında idman inzibatçılığı sahəsində biliklərin artırılması və
ən vacibi Olimpiya təhsilinin təşviq olunmasıdır.
İlk dəfə olaraq bu il İdman İnzibatçılığı Kurslarına (Sport Administration)
xarici ekspertlər cəlb olunub. Gürcüstan və Albaniya MOK-nın təlimçilərinin
iştirakı ilə baş tutacaq kurs ingilis dilində aparılacaq. Pandemiya ilə
əlaqədar olaraq sentyabrın 24-dən oktyabrln 2-dək davam edəcək kurs
onlayn formatda baş tutacaq.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *