BDU-nun Enactus komandası qalib olub BDU tələbələri ölkəmizi Niderlandda təmsil edəcək

30 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu və BP şirkətinin təşkilatçılığı ilə baş tutan Enactus Azərbaycan Milli Yarışının final mərhələsi keçirilib. Bakı Dövlət Universitetinin Enactus komandası Yarışın qalibi olub.
BDU-nun Enactus komandası Yarışda — EcoPrint, PlasKet və Yoldaş layihələri ilə çıxış edərək ən yüksək nəticə ilə — 135 balla qələbə qazanıb.
Yarışda Respublikamızın 14 ali məktəbi iştirak edib. 700-dən çox tələbə, 20 fakültə məsləhətçisi, 13 biznes liderin iştirak etdiyi yarışda komandalar 2 liqada yarışıblar.
Qeyd edək ki, qalib komanda 8-11 sentyabr 2020-ci il tarixində Niderlandda baş tutacaq Dünya Enactus Kuboku yarışmasında ölkəmizi təmsil edəcək. Bu yarışmada dünyanın 36 ölkəsindən 25 mindən çox universitet tələbəsini təmsil edən komandalar öz biznes, təhsil və sosial layihələrini təqdim edəcəklər.
Bugünkü qələbə münasibətilə BDU Enactus komandasını təbrik edir, gələcək yarışda uğurlar diləyirik!

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *