BŞTİ-yə avqust ayında 4 279 müraciət daxil olub

BŞTİ-yə avqust ayında 4 279 müraciət daxil olub

2020-ci ilin avqust ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) edilən zənglər, həmçinin BŞTİ-yə daxil olan sənəd və elektron müraciətlərlə bağlı statistika açıqlanıb.
Belə ki, qeyd olunan müddət ərzində ümumilikdə, 4 279 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1 453 zəng qəbul edilib.
Ötən ay 1 607 sənəd (vətəndaşlar tərəfindən 358 ərizə, Təhsil Nazirliyindən 186, digər qurumlardan 122, məktəblərdən 498 məktub, 13 strukturdaxili yazışma və 430 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 1 219 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların elektron qeydiyyatı, şagirdlərin elektron yerdəyişməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.
Qeyd edək ki, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, BŞTİ-də vətəndaş qəbulu müvəqqəti olaraq dayandırılıb.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *