Dekabrın 4-də saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Vətən Müharibəsinin şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin (ASCO) dənizçiləri də sükut dəqiqəsinə qoşulublar. Gəmilərdən fasiləsiz fit səsi verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 3-də Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilsin.

Seanews

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *