Emil Balayev rəsmən «Qarabağ»da

«Qarabağ» Azərbaycan millisinin əsas qapıçısı Emil Balayevin transferini rəsmən açıqlayıb.

Azmilli.com klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi «Zirə»dən ayrılan 26 yaşlı qapıçı ilə müqavilə imzalayıb. Müqavilənin müddəti açıqlanmayıb.

Emil Balayev 2016-2017 mövsümündə də «Qarabağ»ın üzvü olub. Lakin həmin dövrdə ehtiyat qapıçı olan Balayev rəsmi oyuna çıxmayıb.

Qeyd edək ki, Balayev «Zirə» klubunda da rəsmi oyuna çıxmayıb.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *