Professor Abuzər Xələfova həsr edilmiş elmi-praktik tədbir keçirilib

           Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə görkəmli kitabxanaşünas alim, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli Abuzər Xələfovun anadan olmasının 89-cu ildönümünə həsr edilmiş onlayn elmi-parktik seminar keçirilib. Fakültənin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbirdə görkəmli alimin həyat və  yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.

Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Cabbarlı elmi-parktik seminarı açaraq bildirib ki, professor Abuzər Xələfov Azərbaycanda ali kitabxanaçılıq təhsilinin inkişafında, yüksək ixtisaslı kitabxanaçı kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərib. O vurğulayıb ki, professor Abuzər Xələfovun xidmətləri Ulu Öndərimiz Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dəfələrlə ən yüksək səviyyədə qiymətləndirilib, alim dövlət təltiflərinə, orden və medallara layiq görülüb. Bu gün görkəmli alimin anadan olmasının 89-cu və onun özünün iştirakı olmadan keçirilən ilk doğum günü olduğunu qeyd edərək, professor Abuzər Xələfovun hər zaman əməlləri, sanballı elmi yaradıcılığı ilə yaşadığını, Universitet rəhbərliyinin görkəmli alimin əziz xatirəsinə olan həssas münasibətini və ali hörmətini xüsusi vurğulayıb.

           Sonra Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov “Abuzər Xələfov Azərbaycanda kitabxanaşünaslıq emi məktəbinin banisidir”, BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova “Abuzər Xələfovun Bakı Dövlət Universitetinin Elmi Kitabxanasına töhfəsi”, Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazımi “Abuzər Xələfov xatirələrimdə” mövzularında məruzə ediblər. Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb. Digər çıxış edənlər professor Abuzər Xələfovun elmi-pedaqoji fəaliyyətindən və eyni zamanda onun parlaq şəxsiyyət kimi xarakterik xüsusiyyətlərindən, xeyirxah əməllərindən geniş şəkildə bəhs ediblər.

           Sonda Abuzər Xələfovun ailəsi adından çxış edən — görkəmli alimin oğlu Elçin Xələfov atasının xatirəsinə, elmi-pedaqoji fəaliyyətinə göstərilən diqqət  və qayğıya görə Universitet rəhbərliyinə və elmi-praktik seminarın iştirakçılarına təşəkkürünü bildirib.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *