Şok! «Nar» müştəriləri belə aldadır

Azərbaycanda əhalinin ən çox şikayətləndiyi məsələlərdən biri mobil operatorlar və onların fəaliyyətidir. İstər sosial şəbəkələrdə, istərsə də informasiya portallarında mobil operatorlarla bağlı narazılıqlar müntəzəm işıqlanır.

Qeyd edək ki, ölkəmiz mobil rabitə tariflərinin yüksəkliyinə görə MDB-də ön sıralarda yer tutmasına baxmayaraq, xidmət və keyfiyyətdə digərlərindən geri qalır. Son zamanlar isə bu narazılıqların ardı-arası kəsilmir.
Ölkənin ən böyük mobil operatorlarından biri olan “Nar” mobil şirkətindən də şikayətlər səngimir. Ölkənin aparıcı mobil operatorunun istifadəçilərinə yaratdığı problemlərlə bağlı müntəzəm şikayətlər edilir.
Azmilli.com-a daxil olan şikayətlərdə balansdan əsassız olaraq müxtəlif kampaniyalar adı ilə pul çıxarılması, kredit verib 5 dəqiqədən sonra həmin pulu geri alması, tariflərin qiymətlərinin baha olması, şirkətin qoşduğu tarifdən çıxmaq qurtulmaq üçün ödəniş istəməsi, abunəçilərə təqdim olunan internetin keyfiyyətinin aşağı olması, bəzi istifadəçilərin şəbəkə problemləri ilə üzləşməsi kimi problemlər üstünlük təşkil edir.

Bir neçə şikayəti diqqətinizə çatdırırıq:
“Nar” mənə limitsiz tarifini təklif etdi, qoşuldum. Hər dəfə pul ödəyəndə həmin gün ərzində telefonla danışmasam belə balansım 0-a enir. Bununla bağlı dəfələrlə müraciət etsək də, problemi üzərlərindən atırlar.

Başqa bir şikayət isə Bakıətrafı qəsəbədən göndərilib.
Salam. Mən sizə Biləcəridən müraciət edirəm. İnternet paketi almaqla bitməyi bir vaxt olur. İnternet həm zəif, həm də az. Səhərlər internet açılmaqda çətinlik çəkir, Hər ay internetə nə qədər pul yükləyirik, amma tez bitir. 8 aydır həm zəng edirik, həm yazırıq, amma heç bir tədbir görmürlər.
Qeyd edək ki, bu tipli şikayətlər müntəzəm olaraq göndərilir. Məsələ diqqətimizdədir və şikayətləri dəqiqləşdirib işıqlandıracağıq.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *