Gənclər Fondunun həyata keçirdiyi sosial həssas kateqoriyadan olan istedadlı tələbələrin təhsil xərclərinin qarşılanması üzrə müsabiqənin qalibləri ilə 29 dekabr 2020-ci il tarixində görüş keçirildi.

Görüşdə, təhsil naziri Emin Əmrullayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Azərbaycan Tələbə Gənclər İttifaqının sədri Pərviz Mirələmli iştirak etmişdilər.

Çıxış edən rəsmilər dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində həyata keçirilən proqram və tədbirlər, təhsilin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində görülən işlər, həmçinin dövlət gənclər siyasətinin prioritetləri, gənclərin vətənpərvər və təhsilli yetişməsi  sahəsində mövcud layihələrdən danışdılar.

Bu xüsusda, ölkə başçısının sərəncamları ilə bir sıra sosial həssas kateqoriyadan olan tələbələr təhsil xərcindən azad edilmiş, həmçinin pandemiya dövründə ödənişli əsaslarla təhsil alan sosial həssas ailələrdən olan tələbələrin təhsil haqları dövlət tərəfindən qarşılanmışdır. Gənclər Fondunun cari müsabiqəsi də dövlət başçısının bu siyasətinin tərkib hissəsidir. Tədbirdə müsabiqə çərçivəsində qalib olan 488 tələbədən başqa daha 40 tələbənin təhsil xərcinin dövlət tərəfindən qarşılanmasına qərar verildiyi elan edildi.

Görüş zamanı tələbələr öz təəssüratlarını, proqramla bağlı təkliflərini səsləndirdi, Gənclər Fondunun digər proqramları ilə bağlı müzakirələr aparıldı.

Qeyd olunmalıdır ki, 5 noyabr – 3 dekabr tarixlərində təşkil edilən müsabiqə çərçivəsində ümumilikdə 528 tələbənin təhsil haqqı borcları dövlət tərəfindən ödəniləcəkdir.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *