Vuqar Mustafayev 26!

Bu gün «Sumqayıt» futbol klubunun yarımmüdafiəçisi Vüqar Mustafayevin ad gündür. 26 yaşını qeyd edən tanınmış futbolçu 1994-cü ilin 5 avqustunda Zaqatalada anadan olub.
«Bakı» futbol akademiyasının yetirməsi olan Vüqar, peşəkar karyerasına «Lokomotiv Biləcəri»də başlayıb. Daha sonra» Bakı»,»Simurq», «Qarabağ» və «Zirə»nin şərəfini qoruyub. Mustafayev, eyni zamanda Mili komandamızın da üzvüdür. Hazırda Qəbələdə təlim-məşq toplanışında olan «Sumqayıt» klubu UEFA Avropa Liqasının təsnifat mərhələsinə hazırlaşır. İnanırıq ki, Vüqar beynəlxalq arenada da öz sözünü layiqincə deyəcək. Vüqara can sağlığı, uzun ömür və bir ömür xoşbəxt olmasını arzu edirik.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *