Yelkənçilərimizdən uğurlu nəticə

Dörd ölkədən 14 Yelkən idman klubundan 170-ə yaxın peşəkar yelkənçilərin qatıldığı beynəlxalq turnir başa çatıb.

Azmilli.com xəbər verir ki, Türkiyə Yelkənli İdman Federasiyasının və Bodrum Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən yarış Azərbaycan yelkənçiləri üçün uğurlu olub. Belə ki, Azərbaycan, Türkiyə, Rusiya və Ukrayna yelkənçilərinin iştirakı ilə Optimist və Laser 4.7, Laser Radial sinifləri üzrə keçirilən yarışda 3 günü əhatə edən, 8 yarış baş tutub
Azərbaycanı təmsil edən idmançılar ölkəmizə medallar gətirib. Ayla Babayeva Laser 4.7 sinfi üzrə qadınlardan ibarət qrupda qalib gələrək qızıl, Murad İsmayıl eyni sinif üzrə kiçik yaş qrupunda çıxış edərək gümüş medal qazanıb. İsmayıl Kərimov isə Laser 4.7-də ümumi nəticəyə görə 4-cü yerə layiq görülüb.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *