Yünis Hüseynov “Heç bir futbolçu mənim qərarıma əsəbiləşə bilməz”

«Sabah bizi ağır oyun gözləyir. Matça ciddi hazırlaşmışıq. Çempionatda qazandığımız qələbə bizə müsbət təsir edib. İnanıram ki, sabah da yaxşı nəticə olacaq. Bu inamı bizə futbolçular verir».

Azmilli.com xəbər verir ki, bu sözləri «Keşlə»nin yeni baş məşqçisi Yunis Hüseynov UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində  Albaniya «Laçi»si ilə oyunöncəsi keçirilən mətbuat konfransında deyib.

O, rəqibi təhlil etdiklərini bildirib. Laçi» güclü komanda olduğunu söyləyən 55 yaşlı mütəxəssis daha sonra vurğulayıb: «Avrokubok matçları fərqli olur. Rəqibin hücum xətti güclüdür. Hücumçuları 26 qolla ötən mövsüm bombardir olub. Amma zəif cəhətləri də var».

Y.Hüseynob Şaxrux Qadoyevin zədə səbəbindən sabahkı görüşü buraxacağını deyib. Baş məşqçi əvəzində Cavid və Kamara sıraya döndüyü bildirib.

Hüseynov heyəti tam müəyyənləşdirmədiyini qeyd edib: «Bu gün daha bir məşqimiz olacaq. Bundan sonra heyəti dəqiqləşdirəcəyik».

Baş məşqçi oyun öncəsi həyəcanlı olmadığını vurğulayıb: «Həyəcan yoxdur. O vaxt «Karvan»da Avropa Liqasında mərhələ keçən ilk məşqçi olmuşam. Məndən sonra «Xəzər Lənkəran» mərhələ adlamayıb».

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının 1-ci turunun «Sumqayıt»la oyunundan sonra hücumçu Aleksandr Kristovaonun əvəzlənərkən əsəbiləşməsinə münasibət bildirib: «Heç bir futbolçu mənim qərarıma əsəbiləşə bilməz. Bu, mümkün deyil. Hər bir futbolçu əvəzlənə bilər. Buna görə kiməsə cəza vermək fikrim yoxdur».

Qeyd edək ki, avqustun 27-də «ASK Arena»da oynanılacaq «Keşlə» — «Laçi» görüşü saat 21:00-da başlayacaq.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *