Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib

Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib.
İclasda işçi qrupunun yeni üzvləri ilə tanışlıq olub və işçi qrupunun 2019-cu il üçün fəaliyyət planının 3-ci rüb üzrə hesabatı müzakirə edilib.
Fəaliyyət Planının “5.1.1 Biliyə əsaslanan məşğulluq” bəndi ilə bağlı İşçi qrupun üzvləri tərəfindən təqdim olunan təkliflər, icra və Kommunikasiya Planının icra vəziyyəti ilə bağlı məsələlər nəzərdən keçirilib.
Korporativ idarəetmə sahəsində qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun olaraq təkmilləşdirilməsi, qadınlar arasında sahibkarlığın və özünüməşğulluğun daha da inkişaf etdirilməsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrdən bəhs olunub. Qadınların peşə hazırlığı və əlavə təhsilinin stimullaşdırılması istiqamətində aparılan işlər və peşə təhsili sisteminin inkişaf edən iqtisadiyyatın və işəgötürənlərin tələblərinə uyğunlaşdırılması müzakirə edilib.
İclas zamanı işçi qrupun üzvlərinə məşğulluq xidmətlərinin avtomatlaşdırılması, məşğul əhaliyə dair reyestrin və vahid vakansiyalar bankının yaradılması sahəsində görülən işlər barədə məlumatlar verilib.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *