«Ən azı 2-3 futbolçü» Tərlan Əhmədov

Azərbaycan Premyer Liqasının onuncu turunun oyunları davam edir. «Asco arena» da keçirilən «Səbail» «Keşlə 0:0 matçından sonra qonaqların baş məşqçisi mətbuat konfransında bunları söyləyib. » Tərlan Əhmədov: «Hava şəraiti yaxşı oyun sərgiləməyə imkan vermirdi. Bir qol oyunun taleyini həll edə bilərdi. Rəqib bu gün daha aqressiv futbol oynadı. Bu nəticəni qənaətbəxş hesab etmək olar».

Bu stadionda 3 oyuna 5 xal qazanmısınız. Bunu qənaətbəxş hesab etmək olar?

  • Təbii ki, daha artığına nail ola bilərdik. Amma bu nəticə də qənaətbəxş sayıla bilər. Çünki əksər oyunlarımız səfərdə olur.
  • Bu gün paraqvaylı legionerlərinizin oyunu alınmadı. Həm Sezar Meza Kolli, həm də Lorenso Frutos zəif təsir bağışladılar
  • Sezar çox texnikalı futbolçudur. Amma tək o yox, digərləri də istədiyimiz oyunu nümayiş etdirə bilmədilər. Bəlkə də Lorenso Azərbaycanda belə hava şətaiti ilə ilk dəfə üzləşir. Eləcə də Flores. Onlar üçün belə küləyin olması təəccüblüdür. Gələcəyə ümidlə baxmalıyıq. Getdikcə hava şəraiti daha sərt olacaq. Kuboku da nəzər alsaq, qış fasiləsinədək hələ 6 oyun var. Belə hava şəraitinə ilk növbədə psixoloji cəhətdən hazır olmalıyıq.
  • Ehtiyat oyunçular skamyanız elə də geniş deyil. Qış fasiləsinə qədər heyətlə bağlı ciddi problemlə üzləşəcəyinizdən qorxmursunuz?
  • 12 aparıcı futbolçumuz var. Gecə-gündüz yalvarıram ki, onlara heç nə olmasın. İstər-istəməz qalan 6 oyunda hər şey baş verə bilər. Hətta indi oyunu gücləndirəcək futbolçu tapmaqda çətinlik çəkirik. Bu üzdən qış fasiləsində mütləq heyətə ən azı 2,3 futbolçu cəlb etməyə çalışacağıq.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *