15-16 fevral tarixlərində Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün 2-ci “Fərqli Fərdlər” Konqresi keçirilir

15-16 fevral tarixlərində Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün 2-ci “Fərqli Fərdlər” Konqresi keçirilir
Fevralın 15-16-da Heydər Əliyev Mərkəzində Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün 2-ci “Fərqli Fərdlər” Konqresi təşkil olunur. Bu il konqresin mövzusu autizmdir. “Fərqli Fərdlər” Konqresi ictimaiyyətin diqqətini autizm mövzusuna maksimum dərəcədə yönəltmək və valideyn, mütəxəssis və pedaqoqlar arasında dialoq quraraq, dövlət tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin genişləndirilməsi təmayülünü dəstəkləməyə yönəlib. Konqresin məruzəçiləri qismində tanınmış beynəlxalq və yerli mütəxəssislər, autizimli uşaqların valideynləri, eləcə də öz həyat və uğur tarixçələrini danışacaq autizm diaqnozlu insanlar çıxış edirlər.
15 fevral tarixində konqres “Bilmək və qəbul etmək” paneli ilə öz işinə başlayır. Bu panel çərçivəsində öz məruzələri ilə “Konsepsiya” elmi mərkəzinin psixoloqu, autizmli uşağın valideyni və panelin moderatoru Arina Lipkina (Rusiya) — “ASP diaqnozlu uşaqların valideynləri üçün psixoterapiya: psixoloji yardım və tövsiyələr” mövzusunda; kliniki psixoloq “Açıq ürəklər” fondunun eksperti, uşaqların inkişafı və psixiki sağlamlığı üzrə mütəxəssis Tatyana Morozova (Rusiya) və uşaq nevroloqu, “Açıq ürəklər” fondunun eksperti, uşaqların inkişafı və psixiki sağlamlığı üzrə mütəxəssis Svyatoslav Dovbnya “Effektivliyi sübut olunmuş ASP-li uşaqlar üçün hərtərəfli qayğı proqramı: “Açıq ürəklər” fondunun təcrübə proqramı” mövzusunda çıxış edirlər. Panel surdo-tərcümə (işarə dili) ilə müşayiət olunur.
Konqres öz işini “Fərqli həyat” paneli ilə davam etdirir. Panelin moderatoru “Fərqli Fərdlər” konqresinin prodüseri, ASP diaqnozlu uşaqlara dəstək mərkəzinin rəhbəri, autizmli şəxs Antonina Steynberqdir (Rusiya). Ekspertlər sırasında Moskva Dövlət Universitetinin Böyük elmi işçisi və müəllimi, kimya elmləri namizədi, autizmli şəxs, Aleksey Voskov (Rusiya); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq şöbəsinin müdir müavini, autizmli uşağın valideyni, Elnarə Ənsari (Azərbaycan) və autizimli uşaqlar — Orxan Məstəliyev və Ayşə Məmmədli yer alırlar.
Növbəti panel – “İnklüziya və inteqrasiya” – Autizmli uşaq Ayşə Məmmədlinin ssenarisi əsasında (İradə Aslanovanın rəhbərliyi altındakı uşaq teatr qrupunun iştirakı ilə) səhnələşdirilmiş “Zaman maşını” uşaq tamaşasından bir hissə ilə başlayacaq. Panelin eksperti və moderatoru qismində “United Aid For Azerbaijan” təşkilatının təsisçisi Qven Börçel (Böyük Britaniya) “İnklüziya: nəzəriyyədən təcrübəyə” mövzusu ilə çıxış edəcək. Ekspertlər sırasında: Azərbaycanın Beynəlxalq Məktəbinin (TISA) məsləhətçisi, disleksiya diaqnozlu, autizmli uşağın anası Sara Borqerdinq — “Müasir cəmiyyətdə populyar olan neyromüxtəliflik təmayülü”; “İmdad Konsaltinq” şirkətinin təsisçisi və “El kids Baku” proqramının təlimçisinin köməkçisi İmdat Atamov (Azərbaycan) və 11 saylı xüsusi təhsil müəssisəsinin müəllimi, “Ümid var” könüllülər təşkilatının rəhbəri Nazilə Məhərrəmova “İnklüziv cəmiyyət üçün hər kəs bir addım atsın” mövzusu ilə çıxış edirlər.
Autizmli insanlar üçün əlçatan mühitə həsr olunmuş “Hər kəs üçün əlçatan dünya” adlı paneli Heydər Əliyev Beynəlxalq Aeroportunun direktor müavini Elnur Zülfüqarov; ƏSA Teatrının direktoru Nihad Qulamzadə — «İnklüziv cəmiyyətə doğru — ƏSA»; Azərbaycan Milli İncəsənət Muzeyinin arxeoloji saxsı və farfor fondunun müdiri Fidan Muradəliyeva — “İnklüziv bədii təhsildə pedaqoqun rolu” mövzusunda çıxışı və Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə işləri üzrə direktor müavini Afaq Nəsibovanın iştirakı ilə baş tutacaq.
Konqresin ilk iş günü “Ailə. Həyatın başlanğıcı” adlı paneldə ABŞ-ın Ohayo Dövlət Universitetinin fəxri professoru Uilyam Hyuardın (ABŞ) “Ailədə davranış qaydaları” mövzusunda çıxışı və “Edutainment.az” təhsil platformasının və “Business Woman of Azerbaijan” təşkilatının təsisçisi Tatyana Mikayılovayla biznes dialoq ilə yekunlaşacaq.
16 fevral tarixində konqresin proqramına ABA (Applied Behavior Analysis) “Davranışın tətbiqi təhlili” mövzusuna həsr olunmuş konfrans daxildir. ABA-terapiya təhsilin davranış texnologiya və metodlarına əsaslanan və ətraf mühitin davranışa təsir faktorlarını öyrənən, bununla da onu korrektə etməyə imkan verən intensiv təhsil proqramıdır. Konfransın təşkilatçısı “Birgə və Sağlam” İctimai Birliyidir. “Caspian Event Organisers” şirkəti və “Edutainment.az” təhsil platforması tədbirə təşkilati dəstək verirlər. Konfransın qonaqları arasında autizmli uşaqların valideynləri, ekspertlər, pedaqoq və metodistlər, psixoloq və psixoterapevtlər yer alırlar. Konfrans çərçivəsində “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi, autizmli uşağın anası Aytən Eynalova, həmçinin ABŞ-ın Ohayo Dövlət Universitetinin fəxri professoru Uilyam Hyuard — “Tətbiqi davranış təhlili: autizmli uşaqların və ailələrin həyatını yaxışılaşdırmaq üçün ailəcanlı və xeyirxah elm”; “BACB” təşkilatının beynəlxalq inkişaf üzrə direktoru Nil Martin (Böyük Britaniya) — “Autizm üzrə davranışın tətbiqi təhlili və davranışa müdaxilə”; Biruni Universitetində Professor, BBA şirkətinin icraçi direktoru Binyamin Birkan (Türkiyə) — “Autizmli uşaqları təlimatlandırmanın elmi şəkildə əsaslandırılmış metodları”; kliniki psixoloq, professor Angeliki Gena (Yunanıstan) — “Autizmli uşaqlar üçün inklüziya”; “SIACSA” təşkilatının vitse-prezidenti, BCBA, M.S.ED klinik mərkəzinin direktoru Lorenzo Todone (İtaliya) — “Autizmli uşaqlarda marağın artırılmasının vacibliyi, onların maraqlarını şaxələndirmə və genişləndirmə praktikaları”; fəlsəfə doktoru, təlim üzrə rəhbər, BCBA, LBA Canet Tvayman (ABŞ) — “Təhsili yaxşılaşdırmaq üçün akustik (audio) təlimatdan istifadə”; Bir addım irəli” АВА layihəsinin rəhbəri, BCBA kateqoriyalı analitiklər kursunun müəllifi və pedaqoq Yekaterina Jestkova (Rusiya) — “Nümunələrlə davranış qaydaları” mövzuları ilə çıxış edəcəklər.
Konqres zamanı autizmli insanlar üçün əlverişli şərait yaratmaq məqsədi ilə bir sıra şərait yaradılıb:
∙ Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün istirahət zonası (2-ci mərtəbə, otaq №6)
∙ Uşaq zonası (2-ci mərtəbə, otaq №3)
∙ Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün özəl identifikasiya elementləri
∙ Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün ayrılmış özəl keçid xətti (qeydiyyat, kofe-breyk və nahar
zamanı)
∙ Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün müşayiət
∙ Xüsusi naviqasiya
∙ Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün davamlı qidalanma
∙ İlk paneldə eşitmə məhdudiyyətli şəxslər üçün işarə dili

Keçənilki konqresdən sonra alınan çoxsaylı sorğuları nəzərə alaraq bu il xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial və təhsil məsələləri ilə əlaqədar sualları cavablandırmaq üçün “Fərqli Fərdlər”də Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST” Agentliyinin stendləri yerləşir.

“Fərqli Fərdlər” konqresi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Heydər Əliyev Mərkəzinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, “Regional inkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə keçirilir.

Bu il konqresin işinə RİİB könüllüləri də kömək edəcəklər. Konqresin gedişatında könüllülər digər beynəlxalq tədbirlərdə də istifadə edə biləcəkləri konkret bilik, dəyərli təcrübə və bacarıqlar əldə edəcəklər.
«Fərqli Fərdlər» Konqresinin təşkilatçıları “Caspian Event Organisers” (ceo.az) şirkəti və “Edutainment.az” təhsil strukturudur. Konqresə təşkilati dəstək verənlər və tərəfdaşlar arasında “Birgə və Sağlam” İctimai Birliyi də yer alır. “Caspian Event Organisers” şirkəti üçün «Fərqli Fərdlər» konqresi sosial layihədir. Şirkətin tərəfdaş və sponsorları sahəsində yığılmış bütün vəsaitlər autizimli uşaqlara dəstək məqsədi ilə “Birgə və sağlam” İctimai Birliyinə təqdim olunur. Həmçinin konqresin rəsmi saytında ianə vasitəsi ilə autizmli uşaqların reabilitasiyasına dəstək olmaq üçün xüsusi xana yaradılıb (https://ferqliferdler.az/az-makedonation/).
“Fərqli Fərdlər” konqresinin Baş Tərəfdaşı qismində “BP” şirkəti çıxış edir. Tədbir həmçinin “Holcim Azerbaijan”, “BestComp Group”, “ACE Group Consultants”, “Art Trio”, “Credo Group”, “CTS Translation”, “Maxoffset”, “Konfrans Services”, “158taxi”, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST” Agentliyi və Milli Hematologiya və Transfuziologiya Mərkəzi kimi şirkət və strukturlar tərəfindən dəstəklənir.
Konqresin fəaliyyətini “Fərqli Fərdlər”in rəsmi sayt (www.ferqliferdler.az) və Facebook səhifəsində izləmək olar: https://www.facebook.com/FerqliFerdler/

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *