«1917» «Park Cinema» da

Ötən gün «Park Cinema» kinoteatrlar şəbəkəsinin «IMAX» filialında «1917» filminin qapalı nümayişi keçirilib. Gecədə media nümayəndələri və tanınmış simalar da təşrif buyurmuşdu. «Amapola Events» şirkətinin ilə birgə keçirilən tədbir öz dəst xətti ilə seçildi. Belə ki, zalda hər bir şey ikinci dünya müharibəsini və ümümiyyətlə hərbini xatırlatdı. Təqdim olunan təamlar, servislər, hərbi ləvazimatlar və başqa əşyalar bizi keçmişə qaytardı.

Filmin baş qəhrəmanları cəbhəyə təcili bir məktub çatdırmalıdır. Çatdıra bilməsələr, 1600 əsgər düşmən tərəfindən əhatəyə alınacaq. Baş rollarda Corc Makkey (“Çağırış”, “Oğlanlar qayıdır”, “Kapitan Fantastik”) və Din-Çarlz Çepmen (“Kişi ol”, “Sərnişin”, “Kral”) çəkilib. Polkovnik Makkenzinin rolunu isə Benedikt Kamberbetç canlandırıb.
Amerika və Avropada tamaşaçılar bu filmi çox müsbət qarşıladılar. “Qızıl Qlobus” mükafatına iki nominasiyada (“Ən yaxşı drama filmi” və “Ən yaxşı rejissor”) qalib gələn “1917”, hal hazırda “Oskar”ın əsas favoriti sayılır. Azərbaycan tamaşaçıları bu filmə IMAX formatında ancaq “Park Cinema Flame Towers”də baxa bilər.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *