Affa İcraiyyə Komitəsininə namizədlər

AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, AFFA-nın 2020-cı il yanvarın 28-də keçiriləcək növbəti Konfransında İcraiyyə Komitəsinə seçki keçiriləcək. 

İcraiyyə Komitəsinə namizədlər

Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Konfransın keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır. Bu gün qeyd olunmuş müddət başa çatıb. İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını diqqətinizə çatdırırıq: Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer1. İsgəndər Cavadov – Qərb Regional Futbol Federasiyası tərəfindən2. Kazbek Tuayev – Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən3. Elxan Məmmədov – Şimal Regional Futbol Federasiyası tərəfindən Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer1. Zaur Axundov – “Keşlə” FK tərəfindən2. Rauf Əliyev – “Səbail” FK tərəfindən3. Vaqif Sadıqov – “Sumqayıt” FK tərəfindən4. Elşad Nəsirov – “Neftçi” PFK tərəfindən5. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer1. Firudin Qurbanov – Tələbə Futbol Federasiyası tərəfindən2. Mahir Məmmədov – Futzal Federasiyası tərəfindən İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer1. Elmar Məmmədyarov – Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən2. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *