AFFA yeni mövsümlə bağlı qərar qəbul edəcək

Xəbər verdiyimiz kimi, AFFA-nın İcraiyyə Komitəsinin 18 iyun 2020-ci il tarixli iclasında 2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaradılması barədə qərar qəbul edilmişdi. 

Qərara uyğun olaraq, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov tərəfindən aşağıdakı tərkibdə İşçi Qrup yaradıldı: Vaqif Sadıqov, AFFA-nın vitse-prezidenti – sədrAğasəlim Mircavadov – Məşqçilər Komitəsinin üzvüCahangir Həsənzadə — AFFA-nın Texniki direktorunun səlahiyyətlərini icra edənVyaçeslav Xomenko – AFFA-nın baş həkimiElgiz Abbasov – PFL-in Texniki İdman şöbəsinin müdiri İşçi Qrupun üzvləri aparılan müzakirələrdən və Premyer Liqada çıxış edən klubların rəyi öyrənildikdən sonra Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümünə bu il avqustun 21-də start verilməsi ilə bağlı təklifi AFFA-ya təqdim edib. İşçi Qrupun təklifi AFFA tərəfindən Peşəkar Futbol Liqasına təqdim olunub.PFL tərəfindən çempionatın başlanma tarixi ilə qərar qəbul olunmazdan əvvəl COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq AFFA tərəfindən müvafiq strukturlara müraciət olunub.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *