APORİA filminin qala gecəsi keçirilib -Fotolar

Son illər Azərbaycan film sektorunda müxtəlif janrlarda filmlər çəkilir.
Azmilli.com xəbər verir ki, Hər dəfəsində uğur, yenilik və bu işdə düzgün yolda olduğumuz sübut olunur. Ötən gün «Park Cinema» kinoteatrlar şəbəkəsinin «İmax» zalında yeni çəkilən «APORİA» qorxu filmi tamaşaçıların ixtiyarına verildi. Təqdimatdan öncə qonaqlar furşet, DJ və energetik içkilərdən yararlanırlar. Havanın soyuq olmasına baxmayaraq məkanda izdiham yaşanırdı, Çingiz Mustafayev, Yaşar Yusub, Roza Zərgərli, Münəvvər Əliyeva, Kənan Mahmudov və digər məşhurlar təşrif buyurmuşdu. Tədbirin aparıcısı Cavid Gül idi. Filmin Rejissoru Rəvan Cabbarov, ilk öncə ölkədə «Triller» janrında çəkilən ilk film olduğunu diqqətə çatdırdı, daha sonra çəkilişlırin böyük hissəsinin Şəki rayonunda lentə alındığınl bildirdi və filmin ilk təqdimatı belə Şəkidə baş tutdu. Bundan sonra filmi Avropada, Türkiyə və Amerikada təqdim etdik deyə vurğulayıb.
Film ağır formatda çəkilib, insanların yaşamaq uğurunda necə mübarizə apardığını və azadlığın əvəzolunmaz nemət olduğunu insanlara aşılayır. Keyfiyyətli görüntü effekti ilə çəkilən və peşakar aktyorlardan ibarət yığılan komanda heyəti öz sözünü deməyi bacarıb.
Qeyd edək ki, film hazırda Avropa ölkələri və Amerikada yayımlanır. Bu filmi Azərbaycanın bütün kinoteatrlarında izləyə bilərsiniz.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *