AQTA paytaxtda antisanitar şəraitdə fəaliyyət göstərən bağırsaq emalı müəssisəsi aşkarlayıb

AQTA paytaxtda antisanitar şəraitdə fəaliyyət göstərən bağırsaq emalı müəssisəsi aşkarlayıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan vətəndaş şikayəti əsasında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, ev 2 m ünvanında fiziki şəxs Ramazanov Qadir Sabir oğluna məxsus bağırsaq emalı müəssisəsində yoxlama keçirilib.

Müəssisədə heyvan mənşəli məhsullar və xammalın sağlamlıq və mənşəyini müəyyən edən sənədlərin olmadığı aşkar olunub.

Yoxalama zamanı müəssisədə xırdabuynuzlu heyvanların bağırsağının ilkin emalı zamanı baytarlıq-sanitariya qaydalarının kobud şəkildə pozulduğu aşkarlanıb. Texnoloji proseslərdə temperatur rejiminə əməl edilmədiyi, məhsulların saxlanılması üçün soyuducu kameranın olmadığı müəyyən olunub. 

Məlum olub ki, anbar  sahəsi sistematik təmizlənmir, bağırsaqların yuyulub-təmizlənmə, çeşidlənmə, duzlanma və qablaşdırılması, saxlanması bir sahədə həyata keçirilir.  İstehsalat sahəsinə həşaratların daxil olmasının qarşısın almaq məqsədilə tədbirlər görülmür. İşçilərin xüsusi geyim forması yoxdur və tibbi müayinədən keçməyiblər.

Yoxlama zamanı məlum olub ki, məhsulların və xammalın normativ-texniki sənədlərə, eləcə də baytarlıq normativlərinin tələblərinə uyğun olmadan emalı aparılır. Müəyyən edilib ki, baytarlıq şəhadətnaməsi olmadan müəssisəyə bağırsaq qəbul edilir və daşınır.

Heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı baytarlıq ekspertizasından keçirilmədən aparılır. Məlum olub ki, heyvan mənşəli məhsullar və xammalın yoluxucu xəstəliklərə görə sağlam təsərrüfatlardan qəbul ilə bağlı sənədləri yoxdur.

Aparılan yoxlamanın nəticəsi ilə bağlı olaraq qanunvericilik çərçivəsində müvafiq  tədbirlər görüləcəkdir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini  bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

Azmilli.com

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *