ASAN könüllüləri Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar

ASAN könüllüləri Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində ASAN könüllüləri tərəfindən Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər reallaşdırılıb. 
ASAN könüllüləri Beynəlxalq Muğam Mərkəzində “Mən Xocalıyam” kompozisiyasını səhnələşdiriblər. 
“Məktəblinin Dostu” layihəsi ilə birgə əməkdaşlıq çərçivəsində isə şagirdlər soyqırım barədə məlumatlandırılıblar.
Həmçinin müxtəlif guşələr təşkil olunub, film və təqdimatlar nümayiş etdirilib, videoçarxlar hazırlanıb, şəhərin müxtəlif yerlərində sorğular keçirilib və məlumat verilib. 
Təşkil olunan 50-ə yaxın tədbir ümumilikdə 1500-dən çox könüllünü əhatə edib.
Azmilli.com 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *