Azərbaycan millisi Latviya və Uels yığmaları ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi Latviya və Uels yığmaları ilə yoldaşlıq oyunu keçirəcək

Futbol üzrə Azərbaycan və Latviya milli komandaları arasında yoldaşlıq oyunu keçirilməsi müzakirə olunur.
Azmilli.com xəbər verir ki, bu sözləri yanvarın 8-də təşkil olunan mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Baş katib bildirib ki, millimiz martın 30-da səfərdə Maltanı sınağa çəkəcək. Latviya seçməsi də həmin vaxt Maltaya gələcək və komandalar arasında matçın keçirilməsi nəzərdə tutulur. Mayda isə millimiz Türkiyə komandası ilə səfərdə qarşılaşacaq. Həmçinin Uels yığması ilə də yoldaşlıq oyununun təşkili istiqamətində danışıqlar gedir.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *