Azərbaycan «Qızıl oyun» un qalibi olub, elit-raunda vəsiqə qazandı.

Azərbaycan «Qızıl oyun» un qalibi olub, elit-raunda vəsiqə qazandı.
Futzal üzrə Azərbaycan milli komandası DÇ-2020-nin əsas mərhələsi çərçivəsində bu gün son oyununu keçirib. Millimiz Bakı İdman Sarayında keçirilən oyunda Slovakiya yığması ilə qarşılaşıb. Oyundan əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan Futzal Federasiyanın prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov milli komandadakı çıxışını başa vuran Namiq Məmmədkərimova milli komandanın formasını hədiyyə edib. Yığmamız «Qızıl oyun» a bərabər qarşılaşmada Slovakiyanı 2:0 hesabı ilə məğlub edərək elit-raunda vəsiqə qazanıb. Oyun ərzində millimiz topa sahib olmada, qapıya doğru, və çərçivəyə vurulan dəqiq zərbələrdə rəqibdən açıq-aşkar üstün olub. Komandamızın heyətində Bolinha və Vassoura fərqlənib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *