Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə dair ELAN:

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə dair ELAN:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən  ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı həyata keçirilmiş məhdudiyyətlərin bir qisminin 27 aprel tarixindən yumşaldılması ilə əlaqədar Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlara göstərilən xidmət sahələri üzrə işin təşkilində  bəzi dəyişikliklər edilmişdir.

Belə ki,  27 aprel 2020-ci il tarixdən etibarən:

    • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşama, iş icazələrinin alınması, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar müraciətlər “ASAN xidmət” mərkəzlərində qəbul ediləcək. Bu zaman “ASAN xidmət” mərkəzlərində əcnəbilərin qəbulu “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən növbə tutmaqla həyata keçiriləcək;

Bir daha  diqqətə çatdırırıq ki,  göstərilən xidmətlərdən yararlanmaq üçün Dövlət Miqrasiya Xidmətinə elektron qaydada müraciət edə bilərsiniz. Xüsusi zərurət yarandıqda şəxsən Qəbul şöbələrinə (bölmələrinə) yaxınlaşmağınız tövsiyə olunur.

Əlavə məlumat üçün Xidmətin www.migration.gov.az internet səhifəsini, Facebook və Twitter sosial hesablarını izləməyiniz və ya “(012) 919” Çağrı Mərkəzinə zəng etməyiniz xahiş olunur.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *