Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə gənclər təşkilatları üçün 30 müxtəlif mövzuda onlayn vebinarlar keçirilmişdir

15 mart — 22 may 2020-ci il tarixi aralığında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə gənclər təşkilatları üçün 30 müxtəlif mövzuda onlayn vebinarlar keçirilmişdir. ARGTMŞ-nın vebinarları keçirməsində məqsədi hazırda ölkəmizdəki mövcud vəziyyətlə əlaqədar olaraq dövlətimizin yürütdüyü siyasətə dəstək olmaq, o cümlədən gənclərin sosial izolyasiya prosesi müddətində evdə qalaraq vaxtlarını daha səmərəli keçirməsini təmin etməkdir.
Keçirilmiş onlayn vebinarlarda ARGTMŞ-na üzv olan gənclər təşkilatlarının nümayəndə və könüllüləri, ARGTMŞ katibliyi və könüllüləri olmaqla ümumilikdə 1000-ə yaxın gənc iştirak etmiş və fərqli mövzulardan müxtəlif biliklər əldə etmişlər.
Vebinarlar BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin, BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan təmsilçisi Rəşad Hüseynovun, Azərbaycan Gənclər Fondunda Gənclərlə İş Şöbəsinin müdiri Orxan Ərəbovun, QHT-lərə Dövlət Dəstəyi Şurasının Elektron Xidmətlər və Daxili Nəzarət bölməsinin rəhbəri Nədimə Rəhimlinin, ADA universitetinin İctimai və Beynəlxalq məsələlər məktəbinin müəllimi Şəfəq Mehrəliyevanın, ADA universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsində Dövlət İdarəçiliyi üzrə baş müəllim dr. Vener Qarayevin, Dünya Skaut Hərəkatı Təşkilatının Komitə üzvü İlyas İsmayıllının, «Azərbaycan Skautlar Assosiasiyası» İctimai Birliyinin sədri Emin Babayevin, Azərbaycan Skautlar Assosiasiyasının Milli baş müvəkkili Fəqan Hüseynovun, “Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyinin təsisçisi Ramiz Əliyevin, «Cavan» Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini Murad Ağabəylinin, ARGTMŞ-nın sədri Məryəm Məcidovanın, AIESEC Azərbaycanın Marketinq üzrə sədr müavini Fidan Əhmədlinin, ARGTMŞ-nın baş katibi Azər Əliyevin, ARGTMŞ-nın maliyyə işləri üzrə katibi Sevinc Sadıqovanın, ARGTMŞ-nın üzv təşkilatlarla iş üzrə katibi Fatimə Vəliyevanın təqdimatında “Gənclər təşkilatlarında könüllülük”, “Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında və Azərbaycan Gənclər Fondunda maliyyə hesabatının aparılması haqqında”, “Gənclər Təşkilatlarında SMM işinin təşkili”, “Visegrad+ Fondu üçün layihələrin hazırlanması və yazılması”, “Azərbaycanda gənclər siyasəti və gənclər təşkilatları üçün yaradılan imkanlar”, “Gənclər təşkilatlarının fəaliyyətində onlayn işin təşkili”, “Gənclər təşkilatlarının fəaliyyətində beynəlxalq təmsilçilik kodeksləri”, “Avropa Könüllülük Xidməti və Erasmus+ haqqında təlim”, “Gənclərlə iş sahəsində Təlimçilər Bazası”, “Avropa Həmrəylik Korpusu və Erasmus+ haqqında təlim”, “Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının SƏLİS sistemi”, “Avropa Gənclər Fondunun qrant müsabiqəsinin təqdimatı”, “Azərbaycan Gənclər Fonduna Gənclər təşkilatlarının üzvlərinin fərdi layihələrə müraciət qaydaları”, “Gənclər təşkilatlarının rəhbərliyi üçün idarəçilik bacarıqları”, “Üzv təşkilatların xəbər və elanlarının ARGTMŞ-nın saytında yerləşdirilmə qaydaları”, “Gənclər təşkilatlarının fəaliyyətində stresli vəziyyətlərin idarəolunması”, “Gənclər təşkilatlarının üzvlərinin texniki bacarıqlarının inkişafı”, “Gənclər təşkilatlarının üzvlərinin ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi”, “COVİD-19 dövründə gənclər təşkilatlarının Sosial Mediada rolu”, “Gənclər təşkilatlarında təşkilati mədəniyyətin əhəmiyyəti”, «Böhran vəziyyətində idarəetmə» mövzularında baş tutmuşdur.

Qeyd etmək istərdik ki, ARGTMŞ-nın gənclər təşkilatları üçün təşkil etdiyi vebinarlar davam etməkdədir.
Onlayn vebinarlarla yanaşı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, UNICEF Azərbaycanın texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən “5 rayonda Gənclərin Yerli Məşvərət Şuraları” layihəsi də onlayn şəkildə davam edir. Belə ki, Tovuz, Şəmkir, Biləsuvar, Bakı şəhəri Xəzər rayonu, Qazax rayonundan olan Məşvərət Şuraları üzvləri üçün mütəmadi olaraq təlimlər keçirilir. Təlimlər “Effektiv nəticənin əldə olumasında peşəkar sorğunun rolu”, “Məşvərət Şurası üzvlərinin texniki bacarıqlarının inkişafı”, “Stresli vəziyyətin idarə olunması”, “Sosial Media və şəbəkələrin gücü ilə hədəf auditoriyamıza necə çata bilərik?”, “Emosional zəka” mövzularında keçirilmişdir. Təlimlərdə hər rayondan 20 nəfər olmaqla ümumilikdə 100 iştirakçı iştirak etmişdir.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *