Azərbaycan Respublikasının Mədəniyyət naziri vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2020-ci ilin fevral ayının 21-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Masallı rayon Heydər Əliyev Mərkəzində (Masallı şəhəri, Qarabağ küçəsi, 17) Masallı rayonundan olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Azmilli.com xəbər verir ki, həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Yardımlı rayon Heydər Əliyev Mərkəzində (Yardımlı şəhəri, Heydər Əliyev prospekti, 173) Yardımlı rayonundan, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 214) Cəlilabad rayonundan olan vətəndaşları qəbul edəcək.h

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli — Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Sıra№-siŞəhər (rayon)ƏlaqələndiricişəxsƏlaqətelefonu
1Masallı rayonuMiriş Hüseynov050-673-63-2302521-5-29-36
2Yardımlı rayonuAyaz Əliyev050-336-73-2302520-6-17-90
3Cəlilabad rayonuDadaş Muxtarlı050-502-87-1702524-5-30-51

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *