Azərbaycan Super Liqasının növbəti oyunu keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında I dövrənin növbəti oyunun keçirilmə yeri və başlama vaxtı dəqiqləşib. Çempionatda Avropa Olimpiya Təsnifat Turniri ilə bağlı yaranan qısa fasilə yanvarın 14-də başa çatacaq.
Həmin gün saat 17:00-da UNEC “Murov”u sınağa çəkəcək. Görüş Voleybol Mərkəzində keçiriləcək.
Qeyd edək ki, mövsümdə hələlik iki matç təşkil olunub. “Mübariz” “Murov”a, “Azərreyl” “Abşeron”a 3:1 hesabı ilə qalib gəlib.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *