Azad Rəhimov- Əsas məsələ ondan ibarətdir ki, «Karonavirus» a görə idmançılarımızı qorumalıyıq

Azad Rəhimov- Əsas məsələ ondan ibarətdir ki, «Karonavirus» a görə idmançılarımızı qorumalıyıq

Azmilli.com xəbər verir ki, bunu «İslam ölkələri könüllülərinin beynalxalq» forumundan sonra mətbuata açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimov deyib.

«Hansı ölkələrdə təhlükə görürlərsə federasiyalarla birlikdə məsləhətləşib qərar qəbul edirik. Bu gün ölkələr özü qoyur. Misal olaraq İtaliyanı deyə bilərik. İtaliyada bütün yarışlar təxirə salınıb. Çalışırıq ki, mövcud vəziyyətlə tanış olaq və idmançıları qoruyaq. Beş aydan sonra Tokio-2020 Yay Olimpiya Oyunları keçiriləcək. Əsas məsələ ondan ibarətdir ki, biz idmançılarımızı qorumalıyıq”.

Qeyd edək ki, martın 2-də Livanın paytaxtı Beyrutdakı «Açıq Asiya» Turniri «koronavirusa» görə baş tutmayıb. Yarışa Azərbaycan yığması da yollanmalı idi. Heyətdə 3 para-taekvondoçunun yer alması nəzərdə tutulmuşdu.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *