Bakı-Moskva: mədəniyyətlərin dialoqu” adlı konfrans keçiriləcək

 Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əlaqələrin gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə keçiriləcək tədbirdə hər iki ölkənin hökumət rəsmiləri, nazirlər, tanınmış rəhbər şəxslər və iş adamları, mədəniyyət, təhsil və elm xadimlərinin, o cümlədən KİV nümayəndələrinin iştirakı gözlənilir.

“Moskva-Bakı — Mədəniyyətlərin Dialoqu” adlı konfrans çərçivəsində “Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsası” mövzusunda dəyirmi masa, TASS İnformasiya Agentliyi və Azərbaycan Dövlət İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Rusiyada və Rusiyanın Azərbaycanda yaşayan görkəmli şəxslərinin  fotosərgisi, TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini, Rusiya Federasiyasının əməkdar jurnalisti Mixail Qusmanın “Hakimiyyət formulu” və «Həyat formulu» adlı kitablarının təqdimatı və digər mədəni tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *