Balaca Şahzadə» — Rahib Məmmədzadənin 15 yaşı tamam olur- Fotolar

«Balaca Şahzadə» — Rahib Məmmədzadənin 15 yaşı tamam olur- Fotolar

Rahib Məmmədzadə 3 iyul 2005-ci ildə Bakıda dünyaya gəlib. Anası Sevinc Məmmədovanın Akademik Musiqili Teatrda rejissor assistenti işləməsi Rahibdə lap kiçik yaşlarından teatra, incəsənətə həvəs və maraq yaradıb. O, 2 yaşında ikən Ü.Hacibəylinin «O olmasın, bu olsun» tamaşasında kütləvi səhnələrdə iştirak edib. Daha sonra 9 yaşında olarkən “Yatmış gözəl və cırtdanlar» (Ş.Pero, səhnələşdirəni A.Sadıqov) tamaşasında Şahzadə Villi obrazı ilə səhnəyə çıxıb. 2016-cı ildə o, E.Əfəndiyevin «Baladadaşın toy hamamı» tamaşasında Baladadaşın balaca dostu Ağanəcəf rolunu ifa edib və bu çıxışı ona çox böyük uğur gətirib. Elə həmin il Rahib teatr rəhbərliyinin hər mövsümün sonunda təşkil etdiyi mükafatlandırma mərasimində “Mövsümün ən yaxşı uşaq rolunun ifaçısı” diplomu ilə təltif olunub.
Bundan əlavə, Rahib bir çox beynəlxalq tədbirlərdə iştirak edib. Qardaş Türkiyədə keçirilən «23 Nissan çocuk festivalı”nın iştirakçısı olub. 2018-ci ildə ildə Gürcüstanda keçirilən «Gold star» festivalında laureat adını qazanıb, «Qızıl ulduz» mükafatını ölkəmizə gətirib.
Rahib Məmmədzadə təkcə Akademik Musiqili Teatrın səhnəsində deyil, bir çox telekanalların, eləcə də Bakı Media Mərkəzinin layihələrində uğurla iştirak edib, filmlərə, seriallara, sosial çarxlara, reklam roliklərinə də çəkilib. İstər teatrdakı tamaşalarda, istərsə də televiziyaların layihələrində hər zaman peşəkar komandanın, aktyorların əhatəsində olan, saysız -hesabsız uğurlara imza atan balaca aktyor bununla kifayətlənməyib. O, 28 May — Respublika Günü, 9 Noyabr — Bayraq günü, 20 Yanvar — Ümümxalq hüzn günü ilə əlaqədar (2 dəfə), «Qadına şiddətə susma!» mövzusunda (2 dəfə), Dövlət Yol Polislərinə və həkimlərə həsr olunmuş və eləcə də «Evdə qal, evini kəşf et» layihələrində iştirak edib.
Hələ 5 yaşında ikən televiziya rejissorlarının diqqətini çəkən Rahib Space tv-də yayımlanan “3 bacı” serialında, daha sonra Xəzər tv-də yayımlanan «Həyat, Sən nə qəribəsən”, «Bir ailəm var» və «Ailəcanlı» seriallarında ifa etdiyi rolları ilə tamaşaçıların sevgisini qazanıb.
Rahib «Otel x», «Şabaş» və «Qırmızı kərpicli ev» filmlərində çəkilib.
Heydər Əliyev Fondunun Vitse-prezidenti Lelya Əliyevanın dəstəyi ilə Akademik Musiqili Teatrda Xalq artistimiz Cənnət Səlimovanın quruluşunda Antuan de Sent-Ekzüperinin dünyaca məşhur əsəri əsasında hazırlanan «Balaca Şahzadə» tamaşasında Balaca Şahzadə obrazını canlandırıb. Baş rolu mükəmməl ifa etdiyinə görə teatrın rəhbərliyi tərəfindən 2-ci dəfə «Mövsümün ən yaxşı uşaq roluna görə» diplomu ilə mükafatlandırılıb.
Daha sonra Leyla Əliyevanın dəstəyi ilə C.Cabbarlı adına kinostudiyada hazırlanan «Mənim balaca şahzadəm» adlı animasiya filmində Balaca Şahzadə obrazının dublyajında və səsləndirməsində iştirak edib.
Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn növbəti, möhtəşəm «Cırtdan» meqa — şousundakı «Sehirli xalat» tamaşasında Rahib baş rollardan biri olan Rəşid obrazını canlandırıb, ifası ilə tamaşaçıların rəğbətini qazanıb.
İstedadı ilə hər zaman həmyaşlarından fərqlənməyi bacaran bu suyuşirin oğlan 2018-2019-cu illərdə Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş «Azerbaijan Golden Kids Awards-2019» müsabiqəsində kino və teatr sahəsində indiyə qədər qazandığı uğurlarına görə “Ən yaxşı teatr və kino aktyoru” nominasiyası üzrə 2-ci dəfə “Diplom”a layiq görülüb.
2019-2020-ci il Akademik Musiqili Teatrın Yeni il şənliyində «Piter Pen və Bremen musiqiçiləri» tamaşasında baş rolu (Pen) oynayıb.
Rahib 4 il «Aztv»nin nəzdindən fəaliyyət göstərən uşaq xorunun solisti olub və bir çox dövlət tədbirlərində iştirak edib.
O, H.Əliyev sarayında keçirilən uşaq tədbirlərinin aparıcısı və Bakı Media Mərkəzinin davamlı sosial layihələrinin iştirakçısıdır.

Rahib Məmmədzadə ürək sözlərini Azmilli.com saytına danışıb.
«Əvvəla, sizə dərin təşəkkürümü bildirirəm ki, mənə bu qədər dəyər verirsiniz. Fəaliyyətimi yüksək səviyyədə işıqlandırırsınız.
O ki, qaldı ad günümə, 15 illik yubileyimi heç vaxt unutmaram. Sənət dostlarım, əzizlərim mənə surpriz yaşatdılar. 3 iyul sanki həyatıma qızıl hərflərlə yazıldı. Gecə 12:00 tamam olan kimi ailə üzvlərim məni təbrik etdilər. Ad günümdən bir gün öncə dayım oğlunun da ad günü idi və biz karantin qaydalarına uyğun şəkildə bir-birimizi təbrik etdik…
Daha sonra teatrımızın bir çox aktyor və aktrisaları məni təbrik etdi. Sıravi aktyordan tutmuş, fəxri adı olan böyük sənətkarlara qədər.
Əlavə olaraq, dünyanın bir çox ölkələrində yaşayan mədəniyyət işçiləri görüntülü zəng edərək məni təbrik etdilər.
Başda teatrımızın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevə, rejissor Xalq artisti Cənnət Səlimovaya və bütün kollektivə təşəkkür edirəm. Bu illər ərzində mənimlə
çalışan, mənə dəstək olan hər bir kəsə, xüsusilə də təhsil aldığım Xətai rayonu 27 saylı məktəbin direktoru Cəmilə Ramazanovaya dərin təşəkkürlərimi bildirirəm. Var olun!»

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *