Azərbaycan İdman Jurnalistləri Federasiyasının təqdimat mərasimi keçirilib

Bu gün MOK-da Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təqdimat mərasimi keçirilib.

Azmilli.com xəbər verir ki, Gənclər və İdman Nazirliyinin (GİN) İdman şöbəsinin müdiri Fərid Mansurov tədbiri açıq elan edib.

O, bildirib ki, nazir Azad Rəhimov da idman jurnalistikasının durumundan narazı qaldığından, yeni qurumun yaradılmasına göstəriş vermişdi. Bu səbəbdən də belə bir qurumun yaradılmasına ehtiyac duyuldu.

Milli Olimpiya Komitəsinin MOK-un baş katibi Ağacan Abıyev isə deyib ki, belə bir qurum tam vaxtında yaradılıb. İnanıram ki, Azərbaycan idman Jurnalistikasına öz töhfəsini verəcək.

AİJF-nin prezidenti Qabil Mehdiyev isə çıxışında idman jurnalistikasında boşluq olduğunu tədbir iştirakçılarına söyləyib. O, bu qurumun yaradılmasında əsas məqsədlərdən birinin idman jurnalistlərinin sosial durumunun düzəldilməsi, onların iş fəaliyyətinin genişləndirilməsi və nəzəri biliklərin artırılması üçün nəzərdə tutulub.

AİJF-nın rəsmi saytı və loqosu təqdim edilib. Qurumun saytı Sportsmedia.az domeni ilə fəaliyyət göstərəcək. Qurumun saytında yer alan “Mediadan seçmələr” bölməsində idman jurnalistlərinin maraqlı məqalələri əks olunacaq. Bundan başqa idman yazarları haqda məlumatlar yerləşdiriləcək.

İlin sonunda isə həmin jurnalistlərdən səs vermə yolu ilə mükafatlandırılacaq. Mirpaşa Miriyev və Aqşin Kazımzadə mükafatları təsis ediləcək. İlk mükafat il ərzində jurnalistlərlə yaxşı işləyən idman xadimlərinə və ya federasiya nümayəndələrinə, ikinci isə ən yaxşı idman jurnalistinə təqdim olunacaq.

AİJF-nin İdarə Heyəti doqquz nəfərdən ibarət olacaq: Qabil Mehdiyev (prezident), Fərid Mansurov (GİN), Cəmaləddin Rəhmanov (MOK), Ellada Mustafayeva (ADBTİA-nın magistr proqramı), Firuz Abdulla (AFFA), Mahir Rüstəmli (“Futbol+” qəzeti), Vüqar Zeynalov (azerisport.com), Elşən Məmmədov (report.az), Sənan Şəfizadə (ATV).

İdarə Heyəti ayda bir dəfə yığışacaq,Bakı və başqa bölgələrdə bir araya gələcək. Bundan başqa jurnalistlər üçün seminarlar və onların asudə vaxtlarının səmərəli təşkili üçün yığıncaqlar təşkil olunaraq, orada təkliflər dəyərləndiriləcək, bəzi məsələlər müzakirəyə çıxarılacaq.

Ağa Dadaşzadə

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *