«Çarlinin mələkləri» «Park Cinema» da-Fotolar

«Çarlinin mələkləri» «Park Cinema» da

«Park Cinema» kinoteatrlar şəbəkəsinin «Park Bulvar» filialında
tanınmış simalar və mediya numayəndələrinin iştirakı ilə «Çarlinin mələkləri» filminin xususi nümayişi baş tutub. Təqdimatdan əvvəl tanınmış şirkətlərin içki və fast-foodları qonaqların ixtiyarına verilib.
Komediya, məcara və dramın vəhdətini təşkil edən film, dostluq, qadın birliyinin və məntiq gücündən söhbət açır.
Film London, Hamburq, İstanbul və ABŞ-ın bir neçə şəhərində çəkilib.
Baş rollarda Kristen Stevart, Naomi Skott və Ella Balinska kimi ulduzlar yer alıb. Xususi məqam ondan ibarətdir ki, bu filmdə rejissor assistenti Azərbaycanlı Rəna xanım olub. Rejissor isə film sahəsində öz sözümü demiş, Elizabet Banksdır. Təqdimat mərasimində öz ürək sözlərini deyən Rəna xanım onu da vurğulayıb ki, filmə ilk dəfə burada «Park Cinema» da baxıb. Filmin müddəti 119 dəqiqədir. Sözün düzü filmdə o qədər surpriz dolu anlar var ki, zamanın necə keçdiyini hiss etmirsən.
Bu gündən etibarən filmi Azərbaycanın bütün kinoteatrlarından izləmək mümkündür.

Azmilli.com

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *