CinemaPlus” ehtiyacı olan 100 ailəyə “Dəstək Qutusu” ilə dəstək oldu

“CinemaPlus” ehtiyacı olan 100 ailəyə “Dəstək Qutusu” ilə dəstək oldu

Bakı, 27 aprel: “CinemaPlus” kinoteatrlar şəbəkəsi “Rahat” supermarketlər şəbəkəsindən 100 ədəd “Dəstək Qutusu” alaraq ehtiyacı olan yaşlılara, çoxuşaqlı ailələrə və işsiz ailələrə “Dəyər ver-dəstək ol!” aksiyasına qoşularək dəstək oldu. Həmin qutunun tərkibində 18 çeşiddə ilkin tələbat ərzaq məhsulları daxil olunub.

Biz, “CinemaPlus” kinoteatrı olaraq Yaxşılıq Pandemiyasına qoşuluruq və əsas məqsədimiz bir-birimizə dəstək olmaq, birləşmək, özümüzü və başqalarını qorumaq, mümkün olduqda kömək etməkdir.

Xatırladaq ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsi tərəfindən mart ayında Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat məbləğində vəsait ayrılımışdır.

Birlikdə biz daha güclüyük!

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *