«CinemaPlus» MakQreqor və Serron döyüşünü göstərəcək

«CinemaPlus» MakQreqor və Serron döyüşünü göstərəcək

Bakı, 13 yanvar: «CinemaPlus» Premium-klass kinoteatrı 19 yanvar səhər 07:00-də irlandiyalı boksçu Konor MakQreqor və ikiqat UFC çempionu, amerikalı Donald Serronun döyüşünü nümayiş etdirəcək.
Titul döyüşü olmayan UFC-246 Las-Veqasda keçiriləcək.
Konor MakQreqor – yarım-yüngül və yüngül çəki üzrə çempiondur. Bütün karyerası boyu 25 döyüş keçirib, onun 21-də qələbə qazanıb. Sonuncu dəfə rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşüb və uduzub.
Serron – qaydasız döyüşün əsl veteranıdır. Son illər 5 döyüşdə iştirak edən Donald oyunun üçündən qalib ayrılıb, ikisində isə uduzub. O, karyerası boyu 50 dəfə vuruşub, 36 qələbə qazanıb, 13 məğlubiyyət yaşayıb. Onun bir matçının nəticəsi isə ləğv edilib.
Biletin qiyməti Bakıda 7 AZN, Gəncədə isə 4 AZN-dir. Tələsin, yerlər məhduddur!
“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *