CinemaPlus “Soyuq əllər, isti ürək” yeni il yarmarkasında-Fotolar

CinemaPlus “Soyuq əllər, isti ürək” yeni il yarmarkasında

“CinemaPlus” kinoteatrı 1 dekabr — 13 yanvar tarixlərində Fəvvarələr meydanında “Nərgiz” fondunun dəstəyilə təşkil edilən “Soyuq əllər, isti ürək” yarmarkasında iştirak edir.
“Soyuq əllər, isti ürək” paytaxtın qonaqlarına və sakinlərinə Yeni il əhval-ruhiyyəsi bəxş edir, onları pozitivə kökləyir və sehirli anlar yaşadır.
Yarmarkaya gələn qonarlar, təkcə özünü Yeni il nağılının bir parçası kimi hiss etməcəyək, eyni zamanda “CinemaPlus” kinoteatrından hədiyyə kartları satın ala və ən son 4DX texnologiyası haqda məlumat əldə edə biləcək. Bu texnologiya “Dəniz Mall” ticarət mərkəzində ölkənin ən böyük kinoteatrı olan “Cinemaplus”da quraşdırılacaq.
İnnovativ 4DX kinoteatr texnologiyası hərəkət, fırlanma və sarsıntılar, su spreyi və külək, şimşək və qar, sabun köpükləri və ətir kimi əlavə xüsusi effektlərlə blokbasterlərin və qorxulu filmlərin vizual effektlərini genişləndirir. Bunun nəticəsidir ki, 4DX texnologiyası film sahəsindəki ən maraqlı formatlardan biridir və tamaşaçıları böyük ekranda baş verənlərə cəlb edir.
Ticarət mərkəzinin açılışı 2020-ci ilin əvvəlinə planlaşdırılıb. Ticarət mərkəzinin bənzərsiz dizaynı londonlu dizayner Çapman Teylor tərəfindən hazırlanıb. O, dizayn zamanı Azərbaycanın gerbinin səkkizguşəli ulduzundan ilhamlanıb.
“CinemaPlus” 11 zal və 1165 oturacaqdan ibarətdir. Ümumilikdə isə kinoteatrın tərkibinə 7 kinoteatr, 33 ekran və 3638 yer daxildir.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *