“CinemaPlus”da Cem Yılmazın “Karakomik filmler 2” komediyası

“CinemaPlus”da Cem Yılmazın “Karakomik filmler 2” komediyası.
“CinemaPlus” kinoteatrlar şəbəkəsi çoxdan gözlənilən Cem Yılmazın “Karakomik filmler 2” komediyasının nümayişinə başlayıb.
Bir bilet alan tamaşaçılar iki film izləyəcəklər.
Ssenaristi və rejissoru Cem Yılmaz olan “Karakomik filmler” silsiləsinin davam filmi olan “Karakomik filmler 2” “Deli” və “Emanet” adında iki filmdən ibarətdir. “Deli”, ən böyük xəyalı sevdiyi qızın qarşısında oturmaq olan bir taksi sürücüsünün gecə növbəsində başına gələn hadisələrdən bəhs edir. “Emanet” isə istedad müsabiqələrinə qatılıb bu yolla məşhur olmağın xəyalını quran bir rəqqasın hekayəsindən bəhs edir.
Baş rollarda Cem Yılmaz, Çağlar Çorumlu və Özge Özpirinçci.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *