“CinemaPlus”da dünya şöhrətli ağır atlet Naim Süleymanoğlu haqda film nümayiş edildi-Fotolar

“CinemaPlus”da dünya şöhrətli ağır atlet Naim Süleymanoğlu haqda film nümayiş edildi
“CinemaPlus 28 Mall” Premium-klass kinoteatrında “Cep Herkülü: Naim Süleymanoğlu” adlı türk filminin nümayişi baş tutub.
Film Türkiyə və dünya idman tarixində silinməz izlər qoyan məşhur ağır atlet Naim Süleymanoğluna həsr olunub. Bioqrafik filmin rejissoru Özer Feyzioğludur. Baş rollarda Hayat Van Ek, Yetkin Dikinciler və Selen Öztürk çəkilib.
Tədbirin xüsusi qonaqları 4 qat dünya ,7 qat avropa çempionu olan Vüqar Namazov, Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev, 3 qat dünya və 7 qat avropa çempionu Ramil Əhmədov, 75 kq-da 4 qat dünya ,3 qat avropa çempionu və dünya rekordçusu Rövşən Xəlilov olmuşdurlar. Həmçinin, tədbirdə maraqlı tematik müsabiqələr keçirilib və qaliblərə hədiyyələr təqdim olunmuşdur.
“Cep Herkülü” ləqəbli Naim Süleymanoğlu Bolqarıstanda anadan olmuş və daha sonra Türkiyə vətəndaşlığını qəbul etmiş bir etnik türkdür. 47 dünya rekorduna, üç fərqli olimpiya oyununda qazandığı 3 olimpiya qızıl medalına, eyni zamanda 6 Avropa çempionatına, 7 dünya çempionatına və bir çox digər layiqli nailiyyətlərə sahibdir. Öz çəkisininin üç dəfə artığını qaldıra bilən yeganə idmançı olub. İlk dünya rekordunu 15 yaşında qazanıb. Naim Süleymanoğlu Türkiyə xaricindəki olimpiadalarda qızıl medal qazanan ilk idmançıdır. O, əldəolunmaz rekordları qıraraq hər kəsi geridə qoyub.
Tədbirin təşkilinə dəstək: “Cinema Distribution”, “VitrFitness” idman sağlamlıq kompleksi və “Şeh Su”.
“Cep Herkülü: Naim Süleymanoğlu” filmi yalnız “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq.
“CinemaPlus” hər zaman sizi kino tarixinin ən yaxşı premyeraları ilə sevindirməyə və xoş sürprizlər etməyə hazırdır.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *