“CinemaPlus”da “Ulduz müharibələri” filminin fanatları üçün şou proqram — Fotolar

“CinemaPlus”da “Ulduz müharibələri” filminin fanatları üçün şou proqram

“CinemaPlus” Premium-klass kinoteatrında “Ulduz Müharibələri: Skayuolkerin yüksəlişi” kosmik hekayəsinə həsr olunmuş şou proqram keçirilib.
Reklam stendinin qarşısındakı qırmızı xalçada tamaşaçılar böyük məmnuniyyətlə işıq şousunun iştirakçıları ilə şəkillər çəkdirirdilər.
Filmin rejissoru Cey Cey Abramsdır.Baş rollarda Billi Lurd, Lupita Nionqo, Deyzi Ridli, Adam Drayver və Mark Hemill var.
Bu film qırx ildən çoxdur davam edən Skayuolker ailəsinin inanınılmaz hekayəsini tamamlayır və öncəki bölümün bütün tapmacalarına cavab verməyi vəd edir. Tamaşaçıları köhnə və yeni qəhrəmanları, bənzərsiz dünyaları, qalaktikanın sərhədinə səyahətlər və fantastik saqanın böyük finalı gözləyir.
Tədbirin təşkilində dəstəyi “Light in Black” kreativ şirkəti və “Show1Baku” göstərmişdilər.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *