Dövlət Reklam Agentliyinin “İcazələr” sistemi “myGov” portalında

Dövlət Reklam Agentliyinin “İcazələr” sistemi “myGov” portalında Vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf və operativ xidmət göstərən “myGov” elektron hökumət portalına daha bir sistem inteqrasiya olunub. Belə ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin “İcazələr” sisteminin “myGov” portalına interqasiyası reallaşdırılıb. Artıq reklam yayıcıları açıq məkanda reklam yerləşdirmək üçün müvafiq əməliyyatları (sistemdə qeydiyyat, icazə üçün müraciətin göndərilməsi, icazə üçün tələb olunan məlumatların daxil edilməsi, ödənişin aparılması və s.) “İcazələr” sistemi üzərindən asanlıqla həyata keçirə bilərlər. Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən texniki cəhətdən ərsəyə gətirilən sistem açıq məkanda reklam yerləşdirilməsinə dair icazənin verilməsi və nəzarətin həyata keçirilməsi proseslərinin elektronlaşmasına, həmçinin bu proseslərin daha operativ və şəffaf həyata keçirilməsinə xidmət edir. İcazələr sistemi “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın, “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği”nin və “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli №1743 Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “myGov” portalında hər bir vətəndaş öz şəxsi kabinetindən “eAgro”, “eSatınalma, “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “eHərrac”, Azərbaycan Dövlət Reklam Agentliyinin “İcazələr” sisteminə daxil ola bilir. Portala inteqrasiya olunmuş sistemlərlə birgə vətəndaşlara şəxsi kabinetləri üzərindən 690 elektron xidmətə çıxış təmin olunub. Bundan başqa “myGov”-da vətəndaşlara ilkin olaraq 17 növ bildiriş xidməti də göstərilir.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *