Dövlət Statistika Komitəsinin kollektivi qanvermə aksiyasına qoşulub

Dövlət Statistika Komitəsinin kollektivi qanvermə aksiyasına qoşulub. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin əməkdaşları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına qoşularaq qanvermə aksiyasında iştirak ediblər.Aprelin 24-də Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektivi irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə Heydər Əliyev Fondunun «Talassemiyasız həyat naminə» proqramı çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzində könüllü olaraq qan veriblər. Həkim hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq durumu əvvəlcədən müəyyən olunub və hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Götürülən qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *