Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki nümayəndəsi ilə görüşüb

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki nümayəndəsi ilə görüşüb

Oktyabrın 29-da Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyevlə görüşüb.
Vladimir Qyorqiyevi salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qlobal çağırışlara uyğun olaraq ölkəmizdə uğurla davam etdirilən sosial-iqtisadi islahatlardan danışıb. Milli statistika sisteminin təkmilləşdirilməsi, həmçinin Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işləri diqqətə çatdıran Komitə sədri Dövlət Statistika Komitəsinin nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən xarici ölkələrin statistika qurumları ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev öz növbəsində səmimi görüşə görə təşəkkür edib, təmsil etdiyi qurum ilə Azərbaycan arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Görüşdə Dövlət Statistika Komitəsi və Beynəlxalq Miqrasiya Təşkilatı arasında cari əməkdaşlıq əlaqələri və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Azmilli.com

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *