«Etiraf edim ki, ürəyimdə hiss var idiki..» Evin Camalov

İspaniyanın «Albasete» klubundan Azərbaycan milli komandasına dəvət olunmuş Eddi İsrafilov Avro-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da «Bakcell Arena»da keçiriləcək Azərbaycan — Uels oyununda iştirak edə bilməyəcəyi üçün onun əvəzinə millinin heyətinə «Zirə» klubundan Elvin Camalov çağırılıb.

Bu münasibətlədə gənc saydığımız əslində 24 yaşlı olan təcrübəli yarımmüdafiəçi ilə birbaşa əlaqə saxladıq. Millinin hər 2 matçında heyətdə olacaq Camalov əvvəlcə ürək sözlərini bizimlə bölüşdü.

Əvvəla dəvət üçün təşəkkür edirəm, çox şadam, həqiqətən Azərbaycan millisinin şərəfini qorumaq olduqca möhtəşəm hisslərdir. Eyni zamanda çox məsuliyyətlidir. Məndə öz növbəmdə çalışacam ki, mənə göstərilən etimadı yüksək səviyyədə doğruldum və əlimdən gələni edərək komandaya xeyir verim.

-Eddinin əvəzinə dəvət aldın, bəziləri buna görə məyus oldu. Sən öz növbəndə bu fikrləri kənara qoymaq üçün nə planın var?

Plan deyəndə ki, bütün fikrlərə hörmətlə yanaşıram, amma məndə gənc futbolçu kimi bu şərəfə layiq görülüb milliyə dəvət almışamsa, yalnız və yalnız gözəl oyun göstərmək, meydanda canla-qanla vuruşub komandaya kömək etmək olacaq. Var gücümlə çalışacam ki, azərkeşləri sevindirim.

-Camalovun milliyə çoxdan haqq etdiyini deyənlər də az deyildi, görünür qismət bu günə imiş. Bundan sonra ki, qismət haqda nə düşünürsən?

Nə gözəl ki, bu gün dəvət aldım. Etiraf edim ki, ürəyimdə hiss var idiki mən nə vaxtsa milliyə dəvət alacam. Sağolsunlar bu səfər mənidə dəvət etdilər, Allahın köməyli ilə daima heyətdə qalmaq istəyirəm, bəlkə də karyeramın yaxşı zamanındayam, nə bilmək olar bəlkə qismət mənim yanımdadır? (gülür)

Gənc futbolçumuza bizdə uğurlar arzulayaraq deyirik, zədəsiz, bol qollu oyunlar və yeni nailiyyətlər əldə etməni Allahdan arzulayırıq.

Ağa Dadaşzadə / Azmilli.com

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *