Energetika naziri Yevlax şəhərində vətəndaşları qəbul edəcək

Energetika naziri Yevlax şəhərində vətəndaşları qəbul edəcək

Dekabrın 10-da Energetika naziri Pərviz Şahbazov Yevlax şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Nizami prospekti 61) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Yevlax filialı (əlaqələndirici şəxs Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: office.yevlakh@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

Azmilli.com

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *