«Finala bərabər oyun olacaq» Tural Bayramlı

Bu dəfəki müsahibim 21 yaşadək futbolçulardan ibarət milli komandamızın və «Keşlə» klubunun yarımmüdafiəçisi Tural Bayramlı oldu. Gənc müdaifəçi ilə söhbətimiz qısa olsada uğurlu alındı. Bayramov hazır ki, durumundan və komandasının ab-havasından söhbət açdı. Müshaibəni təqdim edirik.

Son durumun hansı vəziyyətdir?

  • Çox şükür, normaldır. Zədə yoxdur, ona görədə var gücümüzlə məşq edirik ki, komandaya xeyir verək.

Tural, Komanda daxilində ab-hava necədir?

  • Hər şey əladır. «Qəbələ» yə qalib gəldik. Oyunda mənim də bir neçə şansım oldu ki, amma dəyərləndirə bilmədim. İnşaalah gələn oyunlarda qol vuraram.

Növbəti tur «Səbail» in qonağı olacaqsız. Həmin oyun barədə nə düşünürsən?

-Bildiyiniz kimi keçən oyunda «Səbail» Ə məğlub olmuşuq ona görə də bu oyun bizim üçün finala bərabər qarşılaşma olacaq.

Tural, son vaxtlar uğurlu çıxışınla diqqətləri öz üzərinə cəlb etməyi müəyyən qədər bacarmısan. Növbəti hədəfin nədir?

Növbəti hədəfim əsas milli komandada oynamaq istəyirəm. Hər an buna can atıram ki, özümü yaxşı tərəfdən görsədim.

Bayramlı qol vurmağı sevir yoxsa məhsuldar ötürmə etməyi?

Hər ikisini sevirəm. Məhsuldar ötürmə etmək mənim vəzifəmdir, təbii ki, qolda vurmağa çalışıram və ümid edirəm ki, tez bir zamanda buna nail olacam.

Karyeranı hansı klubda davam etdirmək arzusundasan?

«Keşlə» də! bu komanda çox doğmadır, kollektiv əladır, Tərlan Əhmədova inanıram ki, onunla uğurlar qazanacağıq. Tərlan müəllim mənə çox etimad göstərir, bunun əvəzinidə yer qoymayacağam.

Azmilli.com / Ağa Dadaşzadə

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *