Gənclər donorluğun təbliği üçün toplandılar-FOTOLAR

Gənclər donorluğun təbliği üçün toplandılar-FOTOLAR


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə XIII qrant müsabiqəsi çərçivəsində Nəzərbəy Hacıağayevin «Həyat verən gənc donorlar» adlı layihəsi çərçivəsində Azərbaycan Qızıl Ayapara Cəmiyyətinin  Sumqayıt Regional bölməsində  dəyirmi masa təşik olunub.

Tədbiri giriş sözü ilə AzQAC-ın Sumqayıt Regioanl bölməsinin sədri Mətənət Məhərrəmova açıb. O bu tədbirin, ümumiyyətlə layihənin  əhəmiyyətindən danışıb. Qeyd edib ki, Nəzərbəy Hacıağayevin qazandığı layihə həqiqətən də cəmiyyətimizə lazım olan, labüd məsələlərdəndir. Bu gün insanların qan vermə aksiyalarına marağı mövcuddur. Ancaq bu prosesin ətrafında marağı daha da artırmaqdır. Mən inanıram ki, Nəzərbəy Hacıağayevin bu fərdi layihəsi bu missiyaya xidmət edəcək.

Daha sonra layihə rəhbəri Nəzərbəy Hacıağayev çıxış edib:

İlk öncə sizə minnətdaram ki, layihə çərçivəsində baş tutacaq dəyirmi masalardan birininin sizin mərkəzdə keçirdmək üçün mənə şərait yaradız. Mən bilirəm ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional bölməsinin gəncləri nəinki bu təşkilatın eyni zamanda da ölkəmizin ən fəal gəncləri sırasındadır. Mən 13-14 yaşından bu qurumun könüllüsüyəm. bu qrumuda AzQAC-ın Prezidenti Novruz Aslanovun gənclərə xüsusi qayğısını hər zaman müşahidə etmişəm. Bu qayğını bir gənc olaraq o qurumda çalışmasamda öz üzərimdə hiss etmişəm. Qrant müsabiqəsi zamanı da onun təklif etdiyi Sumqayıtda bu layihə çərçivəsində tədbir et fikri sanki mənim fikirləmin oxunmasına bərabər idi. Atamın Beynəlxalq Qızıl Xaç Komitəsindən 1992-ci ildən fəaliyyət göstərməsi humanitar sahəyə olan marağımın formalaşmasına səbəb oldu. Məhs yeniyetmə yaşlarımdan AzQAC-a üz tutmağımda bunun göstəricisi idi. Bu mənim ilk fərdi layihəm idi . Ona görə mən qərara gəldim ki, bu layihə cəmiyyətə humanitar missiyaların təbliğinə xidmət göstərsin. Bu layihənin qəbul olunmasında, maliyə ayrılmasında Azərbaycan Respublikasının Gənclər Fonundunun  icraçı direktoru Fərid Cəforva bütün kollektivə öz minnətdarlığımı bildirirəm. Bu layihənin davamlı olması üçün əlimizdən gələni əsirgəməyəcəyik. İnşallah növbəti qrant müsabiqələrində bu layihə ilə müraciət etməyi düşünürük.

Daha sonra AzQAC Sumqayıt-ın fəal könüllüləri çıxış etdi. Tədbir diskusiya şəkilində davam etdirilərək sona çatdı.


Azmilli.com

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *